×
A
A
A
Sazlamalar

İslahat Könüllüləri Təşkilatı videokonfrans keçirib

Bakı, 9 iyul, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat Könüllüləri Təşkilatı tərəfindən “Azərbaycan könüllülər hərəkatı: milli həmrəylik, sosial məsuliyyət və fərdi inkişaf” mövzusunda videokonfrans keçirilib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov könüllülük fəaliyyətinin, gələcəkdə peşəkar kadr hazırlığı istiqamətində təcrübənin toplanılması baxımından əhəmiyyətini vurğulayıb. Bunun həm də kommunikasiya nöqteyi-nəzərindən vacibliyini qeyd edib. Xidmət rəisi, həmçinin Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin işini yüksək qiymətləndirərək xüsusilə pandemiya dövründə Miqrasiya könüllüləri ilə yanaşı, müxtəlif könüllülük təşkilatlarının maarifləndirmə tədbirlərində yaxından iştirakına diqqət çəkib.
Videokonfransda İslahat Könüllüləri ilə yanaşı müxtəlif könüllü təşkilatlarından 100-ə yaxın gənc iştirak edib. Sonda V.Hüseynov könüllülərin suallarını cavablandırıb.

Cəmiyyət 2020-07-09 14:13:00