×
A
A
A
Sazlamalar

Müasir beşnövçülük üzrə Avropa çempionatının yeni tarixi müəyyənləşib

Bakı, 9 iyul, AZƏRTAC
Müasir beşnövçülük üzrə Avropa çempionatının yeni tarixi müəyyənləşib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Müasir Beşnövçülük Konfederasiyasının (ECMP) baş katibi Tatyana Ardabyeva məlumat verib.
Macarıstan 2020-ci il sentyabrın 17-dən 21-dək keçirilməsi nəzərdə tutulan Avropa çempionata ev sahibliyindən imtina edib. Qitə çempionatının 2021-ci il iyulun 4-dən 11-dək Nijni Novqorodda təşkil olunması planlaşdırılıb.

 

İdman 2020-07-09 14:08:00