×
A
A
A
Sazlamalar

Dmitri Medvedev: pandemiyanın qarşısını almaq mümkün olsa, dünya iqtisadiyyatı sürətlə bərpa ediləcək

Moskva, 9 iyul, AZƏRTAC

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev koronavirus infeksiyasının “ikinci dalğası” başlayarsa, dünya iqtisadiyyatının 5 faizdən çox tənəzzülə uğrayacağını proqnozlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Rusiyanın sabiq Baş Naziri jurnalistlərə söyləyib. Onun sözlərinə görə, pandemiyanın qarşısını almaq mümkün olsa, dünya iqtisadiyyatı sürətlə bərpa ediləcək. D.Medvedev əmindir ki, dünya və Rusiya iqtisadiyyatının böhran vəziyyətinə düşməsi üçün pandemiya və enerji daşıyıcılarının qiymətinin aşağı düşməsindən başqa obyektiv səbəb yoxdur.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2020-07-09 14:03:00