×
A
A
A
Sazlamalar

Vaqner Lavın Qazaxıstanın “Kayrat” klubuna keçidi rəsmiləşib


Bakı, 9 iyul, AZƏRTAC
Braziliya millisinin sabiq hücumçusu Vaqner Lavın Qazaxıstanın “Kayrat” futbol klubuna keçidi rəsmiləşib.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 36 yaşlı oyunçu ilə 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, Vaqnerin son klubu Braziliya “Korintians”ı olub. “Kayrat”ın lider olduğu Qazaxıstan çempionatında yeni mövsüm artıq ikinci dəfə koronavirus pandemiyasına görə dayandırılıb. Turnirin nə vaxt davam etdiriləcəyi hələ bilinmir.

 

İdman 2020-07-09 14:02:00