×
A
A
A
Sazlamalar

“Dinamo” klubu 12-ci dəfə Ukrayna kubokunun sahibi olub

Bakı, 9 iyul, AZƏRTAC

Futbol üzrə Ukrayna kuboku yarışlarının qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, həlledici görüşdə “Dinamo” (Kiyev) və “Vorskla” (Poltava) komandaları üz-üzə gəliblər. Xarkovdakı “Metalist Arena”da keçirilən matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb. Burada da qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.
Penaltilərdə daha dəqiq olan “Dinamo” (8:7) tarixində 12-ci dəfə Ukrayna kubokunun sahibi olub.

 

İdman 2020-07-09 13:54:00