×
A
A
A
Sazlamalar

Bosniya və Herseqovinanın FENA agentliyi: Avropa Parlamentinin qətnaməsi Azərbaycanın növbəti diplomatik qələbəsidir

Sarayevo, 9 iyul, AZƏRTAC 

Bosniya və Herseqovinanın Federal Xəbərlər Agentliyi (FENA) “Avropa Parlamentinin qətnaməsi Azərbaycanın növbəti diplomatik qələbəsidir” sərlövhəli məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə iyunun 19-da Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Aİ Şurası, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinə Şərq Tərəfdaşlığı ilə bağlı tövsiyələr” adlı qətnamənin, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mövqenin əhəmiyyəti qeyd olunur. Bildirilir ki, Avropa Parlamentinin bu qətnaməsi Şərq Tərəfdaşlığının iştirakçısı olan ölkələrdə uzun illərdir davam edən münaqişələrə münasibətdə Avropa İttifaqının mövqeyinin ifadəsidir. Qətnamədə bildirilir ki, ölkələrin ərazi bütövlüyünün təmin edilməsi səylərinin dəstəklənməsi İrəvana daha bir mesajdır. Qeyd olunur ki, ərazisi işğal olunmuş ölkə bütövlüyünü təmin etmək hüququna malikdir və bu addım Avropa İttifaqı tərəfindən dəstəklənəcək.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Siyasət 2020-07-09 13:52:00