×
A
A
A
Sazlamalar

Qazaxıstanda sutka ərzində koronavirusa rekord yoluxma qeydə alınıb

Nur-Sultan, 9 iyul, AZƏRTAC

Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy ölkədə mövcud karantin rejiminin uzadılmasını istisna etmir. O deyib ki, əgər yoluxma sayında artım müşahidə olunarsa, məhdudlaşdırıcı tədbirlərin müddətinin uzadılması ilə bağlı son qərar karantinin ikinci həftəsinin sonuna yaxın veriləcək.
Qazaxıstanda ötən gün ərzində 1962 nəfərdə koronavirus infeksiyası aşkar edilib. Bu da ölkə üzrə pandemiya dövründə rekord göstəricidir.
Ümumilikdə ölkədə 53 min 21 koronavirus xəstəsi var, ölənlərin sayı isə 280 nəfərdir.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan 

 

Dünya 2020-07-09 13:16:00