×
A
A
A
Sazlamalar

Şirvan şəhərinin küçə və parklarında növbəti dəfə dezinfeksiya işləri aparılıb

Şirvan, 9 iyul, Mahir Babayev, AZƏRTAC

Yeni koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Şirvan şəhərində tibbi qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektləri dezinfeksiyaedici maddələrlə yuyulub.
Eyni zamanda Heydər Əliyev, Nəriman Nərimanov, Səməd Vurğun adına parklarda və Məmməd Əmin Rəsulzadə prospektləri boyunca yerləşən park və xiyabanlarda dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, Şirvan şəhərində koronavirus infeksiyası əleyhinə profilaktiki tədbirlər çərçivəsində dezinfeksiya işləri həftədə 2 dəfə həyata keçirilir.

Regionlar 2020-07-09 12:43:00