×
A
A
A
Sazlamalar

Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib

Tokio, 9 iyul, AZƏRTAC

İyulun 8-də Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə etimadnaməsini İmperator Naruhitoya təqdim edib.
AZƏRTAC xəbər verir ki, etimadnamənin təqdimatı mərasimi İmperator sarayının "Matsu no Ma" otağında keçirilib.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Yaponiyada əcnəbi səfirlərin etimadnamələrini İmperatora təqdim etməsi mərasimləri martın 17-dən iyunun 24-dək təxirə salınıb. Yalnız həmin tarixdə İmperator Naruhito müvafiq təhlükəsizlik tədbirləri gözlənilməklə altı ölkənin səfirinin etimadnaməsini qəbul edib.
Xatırladaq ki, Gürsel İsmayılzadə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il martın 12-də imzaladığı Sərəncamla ölkəmizin Yaponiyada səfiri təyin edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Siyasət 2020-07-09 12:31:00