×
A
A
A
Sazlamalar

Yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar

Kürdəmir, 9 iyul, AZƏRTAC

Kürdəmirdə bir-birinin ardınca iki yaşayış evində oğurluq hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon sakinləri Səlimova Pərvanə Həsrət qızı və Bünyətov Mübariz Əbləsən oğlu müxtəlif vaxtlarda rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus bir ədəd 50 litr su tutumu olan od samovarı, su mühərriki və digər məişət əşyalarının oğurlanması ilə bağlı məlumat veriblər.
Bununla bağlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqda şübhəli bilinən rayon sakinləri - 30 yaşlı Şükürov Ruslan Balacan oğlu və əvvəllər məhkum olunmuş 27 yaşlı Hüseynov Mehman Rəhim oğlu saxlanılaraq polis şöbəsinə gətiriliblər. İlkin dindirmə zamanı onlar etdiyi cinayət əməllərini etiraf ediblər. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Regionlar 2020-07-09 12:21:00