Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Neft ixracı azalıb

Bakı, 9 iyul, AZƏRTAC

İlin birinci yarısında ölkədən 14,7 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2019-cu ilin yanvar-iyun aylarına nisbətən təxminən 900 min ton, yəni 5,9 faiz azdır. Neft-kondensatın 14,1 milyon tonu konsorsium, 0,6 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.

Neft - qaz 2020-07-09 11:27:00