×
A
A
A
Sazlamalar

Bu gün koronavirusla əlaqədar 7355 test aparılıb

Bakı, 8 iyul, AZƏRTAC 

İyulun 8-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7355 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 537 min 230-a çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8542-yə bərabərdir. Xəstələrdən 317 nəfəri reanimasiyadadır ki, onlardan da 59-u süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, iyulun 8-də Azərbaycanda koronavirus infeksiyasına daha 542 yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 21 min 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib.

Səhiyyə 2020-07-08 23:03:00