×
A
A
A
Sazlamalar

Sumqayıtda yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi açılıb

Sumqayıt, 8 iyul, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsi və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsini saxlayıblar.
Bu barədə AZƏRTAC –a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.
Qeyd edək ki, Kərimov İbrahim Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir. Şəxs Polisin nəzarətinə götürülüb.

Hadisə 2020-07-08 20:15:00