×
A
A
A
Sazlamalar

Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 8 iyul, AZƏRTAC 

Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yolu keçən Roman Aslanov Bakı şəhər sakini S.Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-07-08 18:12:00