×
A
A
A
Sazlamalar

Paytaxtda “Mercedes” markalı minik avtomobili yanıb

Bakı, 8 iyul, AZƏRTAC 

Paytaxtın Binəqədi rayonunda “Mercedes” markalı minik avtomobilində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində nəqliyyat vasitəsinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2020-07-08 16:58:00