×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən dərman preparatları və mobil telefonlar aşkarlanıb

Bakı, 8 iyul, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən dərman preparatları və mobil telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının “Mercedes Benz” markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan edilməyən 2 ədəd qutusu və aksesuarları olmayan “iPhone” markalı mobil telefon, 310 həb, 100 kapsul, 39 flakon, 20 ampul, 30 paket müxtəlif adda dərman preparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-07-08 16:23:00