×
A
A
A
Sazlamalar

Şəmkirdə iaşə müəssisələrində keçirilən reyd nəticəsində bir neçə nəfər məsuliyyətə cəlb edilib VİDEO

Bakı, 8 iyul, AZƏRTAC 

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına rayon ərazisində riayət olunmasına nəzarət tədbirlərini fasiləsiz həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında operativ qərargahın və rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb. Bununla əlaqədar polis əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüblər.
Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe, restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi mənfi hallar aşkarlanıb. Polis əməkdaşları tərəfindən 33 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Təzəkənd kənd sakini Rauf Cəfərov isə rayon məhkəməsinin qərarı ilə 8 gün müddətində inzibati qaydada həbs olunub.

Hadisə 2020-07-08 15:32:00

Video