×
A
A
A
Sazlamalar

Sumqayıtda soyğunçuluq edən keçmiş məhkum tutulub

Bakı, 8 iyul, AZƏRTAC 

Sumqayıtda soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 20-də Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yaşayan Ə.Ağayevə zor tətbiq edib 2000 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kazımov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2020-07-08 15:00:00