×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda “Mercedes” markalı avtomobilin vurduğu piyada ölüb

Bakı, 8 iyul, AZƏRTAC 

Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov rayonunun Z.Bünyadov prospektində yolu keçən Qusar rayon sakini Cavid Ağaməmmədov Bakı şəhər sakini A.Səmədzadənin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2020-07-08 14:00:00