×
A
A
A
Sazlamalar

Kür çayında suyun azalmasına əsas səbəb qlobal istiləşmə nəticəsində buxarlanmanın artmasıdır FOTOSESSİYA

Bakı, 8 iyul, AZƏRTAC 

İyun ayından başlayaraq Kür çayında suyun səviyyəsi kəskin şəkildə azalıb.
Azərbaycanın iqlimşünas alimlərinin və ekoloqlarının araşdırmalarına görə, 2014-cü ildən başlayaraq son 6 il ərzində Kür çayının ölkəmizin ərazisindən keçən hissəsində suyun həcmində 25 faiz azalma qeydə alınıb. Neftçala, Salyan rayonlarında aparılan son tədqiqatlar zamanı isə 60 kilometr ərazidə Xəzər dənizi suyunun Kür çayına qarışdığı müşahidə edilib.
Alimlər qeyd edirlər ki, Azərbaycanın su ehtiyatının 70 faizi qonşu ölkələrdə formalaşdığına görə respublika ərazisinə gələn suyun səviyyəsi bu amildən asılıdır. Ölkəmiz transsərhəd çaylarından istifadə haqqında beynəlxalq konvensiyaya qoşulsa da, təəssüf ki, indiyədək nə Gürcüstan, nə də Ermənistan həmin sənədi imzalamayıb. Ona görə də onların qarşısında müəyyən bir öhdəliklər yoxdur. Problemin bir səbəbi bundan qaynaqlanır.
Həmçinin qlobal istiləşmə nəticəsində buxarlanmanın artması, buzlaqların sahəsinin, eləcə də yağıntıların miqdarının azalması Kürdə suyun səviyyəsinin enməsinin təbii səbəblərindəndir. Digər bir səbəb isə Kür çayında məcra proseslərinin çox mürəkkəb olmasıdır.
AZƏRTAC Kür çayının hazırkı vəziyyətini əks etdirən fotoları təqdim edir.

Ekologiya 2020-07-08 13:22:00