×
A
A
A
Sazlamalar

Kərə yağı adı altında satılan bitki yağı satışının qarşısı alınıb

Bakı, 8 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları əldə olunmuş məlumat əsasında Bərdə rayonunun Güloğlular kəndində “Təzə Bazar” ərazisində “Lada VAZ 21015” markalı minik avtomobilinin yük yerinə baxış zamanı baytarlıq ekspertizasından keçməmiş, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan ümumi çəkisi 260 kiloqram olan kərə yağı (nehrə yağı) adı altında bitki yağının satışının həyata keçirildiyini aşkarlayıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı yağın fiziki şəxs Babayeva Gülxatın Əli qızına məxsus olduğu müəyyən edilib.
Məhsuldan götürülən nümunələr müayinə üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Analizin nəticələrinə görə yağın bitki mənşəli yağ olduğu və mikrobioloji çirklənməyə məruz qaldığı aşkarlanıb.
Qanunvericiliyin tələbləri çərçivəsində ümumi çəkisi 260 kiloqram olan yağ məhv edilib.

Cəmiyyət 2020-07-08 13:18:00