“SOCAR Polymer” polipropilen növünün istehsalını genişləndirir
Bakı, 8 iyul, AZƏRTAC
“SOCAR Polymer” MMC xüsusi növ parçaların hazırlanmasında istifadə olunan polipropilen növünün istehsalını genişləndirir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC tərəfindən tibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammalın istehsalına başlanıb. Bu ilin mayında istehsal 600 tondan çox olub və avqust ayınadək 1500-2000 ton məhsul istehsalı planlaşdırılır.
Qeyd edək ki, bu xammaldan qoruyucu maskaların, birdəfəlik tibbi geyimlərin, uşaq bezlərinin, mebel və tikinti təyinatlı parçaların və sair istehsalında istifadə edilir.
Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır