×
A
A
A
Sazlamalar

Yerli startaplarımızdan “Technote”u tanıyaq

Bakı, 8 iyul, AZƏRTAC

Hazırda yetkin müəssisə kimi fəaliyyət göstərən “Technote” 2015-ci ildə həmtəsisçi Fərid Pərdəşünasın təşəbbüsü əsasında startap olaraq fəaliyyətə başlayıb.
İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2016-2018-ci illərdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində inkubasiya proqramının məzunu olan “Technote Media”nın əsas hədəfi Azərbaycanda və dünyada baş verən texnoloji hadisələri tamamilə tərəfsiz şəkildə işıqlandırmaq və texnoloji məlumatları ilk mənbədən oxucuya çatdırmaqla ölkənin ən etibarlı texnologiya informasiya agentliyi olmaqdır. Azərbaycan dilində geniş texnoloji kontentə sahib olan “Technote” texnologiya konfranslarında iştirak edərək hadisə yerindən ən son məlumatları oxucu kütləsinə çatdırır.

İKT 2020-07-08 12:40:00