×
A
A
A
Sazlamalar

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 15 cinayətin üstünü “isti izlər”lə açıblar

Bakı, 8 iyul, AZƏRTAC

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 15 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş ağır yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb, bir nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən iyirmi nəfər saxlanılıb.

Hadisə 2020-07-08 12:39:00