×
A
A
A
Sazlamalar

Cəlilabadda COVID-19 infeksiyasına yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib

Bakı, 8 iyul, AZƏRTAC 

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad şəhər sakini R.Əliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən olunub və o, şəhərdəki ət satışı məntəqələrindən birində aşkarlanaraq yaşadığı ünvana qaytarılıb. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətə çatdırılıb.
Onun barəsində toplanmış materiallar müvafiq qərarın qəbul edilməsi üçün Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib.

Hadisə 2020-07-08 12:20:00