×
A
A
A
Sazlamalar

Şəmkirdə həyətində narkotik vasitə yetişdirən şəxs saxlanılıb

Bakı, 8 iyul, AZƏRTAC

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, iyulun 7-də Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir-Çinarlı avtomobil yolunun sol tərəfində rayon sakini Nəriman Cəfərova məxsus pay torpaq sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə (kannabis) bitkiləri aşkarlanaraq götürülüb.
Şahidlərin iştirakı ilə torpaq sahəyə baxış keçirilərkən oradan 13 çətənə kolu aşkarlanıb. Bundan başqa N.Cəfərova məxsus yardımçı tikilidə 460 qram qurudulmuş marixuana müəyyən edilib.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı N.Cəfərov çətənə kollarını özü şəxsi istifadəsi məqsədi ilə becərdiyini bildirib.

 

Hadisə 2020-07-08 11:32:00