×
A
A
A
Sazlamalar

Qlobal günəş fotovoltaik gücü 12 faiz artıb

Bakı, 8 iyul, AZƏRTAC

Qlobal günəş fotovoltaik gücü 2019-cu ildə əvvəlki ilə nisbətən 12 faiz artaraq 627 QVt-a çatıb.
AZƏRTAC xəbər verir ki, ümumi gücün 26 faizi Çinin, 12 faizi ABŞ-ın, 9 faizi isə Hindistanın payına düşüb.
2019-cu ildə istifadəyə verilmiş güc 115 QVt olub. On il əvvəl dünyada günəş enerjisi gücü cəmi 23 QVt-dan az idi. Günəş enerjisi gücü bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün 24,2 faizini təşkil edib.
Günəş fotovoltaik gücü Honduras (10,7 faiz), İtaliya (8,6 faiz), Yunanıstan (8,3 faiz), Almaniya (8,2 faiz) və Çili (8,1 faiz), Avstraliya (7,8 faiz) və Yaponiyada (7,4 faiz) elektrik enerjisi istehsalının yüksək payına sahibdir. Belə ki, 2019-cu ilin sonuna 22 ölkədə elektrik enerjisi tələbatının ən azı 3 faizi, 12 ölkədə isə ən azı 5 faizi günəş enerjisinin payına düşüb. Qlobal elektrik enerjisi istehlakının 2,8 faizini günəş enerjisi qarşılayıb.
Ötən il 18 ölkədə 1 QVt-dan artıq güc istifadəyə verilib, ümumi gücü 1 QVt-dan çox olan ölkələrin sayı isə 39-a çatıb. Çinin günəş enerjisi gücü 169,3 QVt təşkil edib və 2019-cu ildə Çində 30,1 QVt yeni güc istifadəyə verilib.

Energetika 2020-07-08 11:27:00