×
A
A
A
Sazlamalar

FHN: Xaçmazda yanğınsöndürmə avtomobilinin qəzaya düşmə səbəbləri araşdırılır

Bakı, 8 iyul, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda yanğınsöndürmə avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumata münasibət bildirib.
FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva AZƏRTAC-a bildirib ki, yanğın çağırışı ilə əlaqədar hərəkətdə olan Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə avtomobili “VAZ 2101” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Hadisə 2020-07-08 11:06:00