×
A
A
A
Sazlamalar

Altı ayda Energetika Nazirliyi tərəfindən 119 icazə verilib

Bakı, 8 iyul, AZƏRTAC

Cari ilin ikinci rübündə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 59 icazə verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bunlardan 58-i ixrac nəzarətinə düşən malların idxalı, biri ixracı ilə bağlı olub. Bu dövrdə 29 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
Ümumilikdə isə bu ilin 6 ayı ərzində ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 119 icazə verilib. Onlardan 110-u ixrac nəzarətinə düşən malların idxalı, 7-si ixracı, 2-si isə tranziti ilə bağlı olub.
Yarım ildə 87 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Energetika 2020-07-08 10:41:00