×
A
A
A
Sazlamalar

Zaqatalada beşotaqlı ev yanıb

Bakı, 8 iyul, AZƏRTAC 

Zaqatala rayonunun Çobankol kəndində ümumi sahəsi 156 kvadratmetr olan birmərtəbəli beşotaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində ev tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2020-07-08 10:41:00