×
A
A
A
Sazlamalar

Polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs həbs edilib

Bakı, 7 iyul, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535-ci maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

Hadisə 2020-07-07 22:54:00