×
A
A
A
Sazlamalar

Abituriyentlər üçün teledərslərin növbəti buraxılışında

Bakı, 7 iyul, AZƏRTAC

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 7-də növbəti buraxılışı təqdim edilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqramda Azərbaycan bölməsi üzrə Azərbaycan tarixi, ümumi tarix, coğrafiya fənləri və futzal məşğələsi, rus bölməsi üzrə isə Azərbaycan tarixi, ümumi tarix və coğrafiya fənlərindən teledərslər yayımlanıb.
Teledərslər bu formatda iyulun 17-dək davam edəcək.

Elm və təhsil 2020-07-07 18:21:00