×
A
A
A
Sazlamalar

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində qoruyucu konstruksiya tikiləcək

Tbilisi, 7 iyul, AZƏRTAC
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstandan keçən Tsalka-Axalkalaki hissəsində qardan mühafizə üçün qoruyucu konstruksiya inşa olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Nəqliyyat Dəhlizi Araşdırma Mərkəzi məlumat yayıb.
Bildirilir ki, qoruyucu konstruksiyanın tikintisi həmin zonadakı mürəkkəb iqlim şəraiti ilə əlaqədardır. Ümumi uzunluğu 2433 metr olacaq 4 qurğunun quraşdırılmasında əsas məqsəd qatarların fasiləsiz hərəkətinin təmin etməkdir. Müasir metal qurğular Gürcüstanda ilk dəfə tikiləcək. Konstruksiya Polşada istehsal olunur və istismar müddəti 100 ildir.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Nəqliyyat 2020-07-07 16:37:00