×
A
A
A
Sazlamalar

Prezident mükafatçısı Sabir Rüstəmov: Məqsədimiz “Vikipediya”da ölkəmizlə bağlı məlumatları zənginləşdirməkdir

Bakı, 4 iyul, AZƏRTAC

AMEA Mərkəzi Elmi Kitabxanasının onlayn “Vikipediya” təlimləri davam edir. Qərbi Azərbaycan Gənclər Təşkilatının üzvləri bu onlayn təlimlərdə iştirak ediblər. Məqsəd “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində fəallığı artırmaqdır.
Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan Gənclər Təşkilatı idarə heyətinin üzvü, Prezident mükafatçısı Sabir Rüstəmov məlumat verib. O bildirib ki, Qərbi Azərbaycan Gənclər Təşkilatı olaraq əsas məqsədimiz tariximizi, mədəniyyətimizi dünyaya tanıtmaqdır. Həmçinin əzəli və əbədi torpaqlarımız olan İrəvan, Zəngəzur, Göyçə mahalı və s. haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, informasiya müharibəsində və hər zaman şərə-böhtana əl atan bədnam qonşularımızla mübarizə aparmaqdır.
“Çalışacağıq ki, “Vikipediya”da yaratdığımız materiallarda ölkəmizlə bağı məlumatlar daha da zəngin olsun. Biz gənclər də bu işə öz töhfəmizi verməli, əlimizdən gələni əsirgəməməliyik. İnanıram ki, vətənpərvər gənclərin birliyi nəticəsində buna nail olacağıq. Təlimlərin keçirilməsində MEK-in rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımızı bildiririk”,- deyə Sabir Rüstəmov söyləyib.
Qeyd edək ki, təlimlər MEK-in mütəxəssisi Səbinə Abızadə tərəfindən keçirilir.

Elm və təhsil 2020-07-04 16:13:00