×
A
A
A
Sazlamalar

Prezidentin köməkçisi: İnvestisiya proqramlarının həyata keçirilməsində hər hansı bir gecikmə yoxdur

Bakı, 3 iyul, AZƏRTAC

Koronavirus pandemiyası investisiya proqramlarının həyata keçirilməsində hər hansı bir gecikməyə səbəb olmayıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın iyulun 3-də keçirilən brifinqində deyib.
O bildirib ki, ilin əvvəlindən dövlət büdcəsinin gəlirləri tam, hətta profisitlə icra olunur. İşsizliyin qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində artım cüzidir. Ölkədə inflyasiya sabit qalır, investisiya proqramlarının həyata keçirilməsində hər hansı bir gecikmə yoxdur.
“Valyuta bazarında tam sabitlik bərqərar olunub. Neftin qiymətinin dəyişkənliyi bir qədər səngiyib və Azərbaycanın makroiqtisadi vəziyyətinə uyğun bir səviyyədə tarazlaşıb. Bu səbəbdən ehtiyatlarımızın azalması çox cüzidir. Pandemiya dövrü bitdikdən sonra bu resurslardan istifadə edərək qısa bir müddətdə əvvəlki sürətli inkişafa qayıda biləcəyik”, - deyə Ş.Mövsümov vurğulayıb.

İqtisadiyyat 2020-07-03 19:00:00