×
A
A
A
Sazlamalar

“Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 347; 2005, № 10, maddə 968; 2007, № 9, maddə 882; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 1-ci hissəsindən “Şahin Abdulla oğlu Mustafayev” sözləri çıxarılsın.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2020-ci il.

Sərəncamlar 2020-07-03 18:15:00