×
A
A
A
Sazlamalar

İstanbul-Bakı aviareysindən kimlər istifadə edə bilər?

Bakı, 2 iyul, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı aviareysindən kimlərin istifadə etmək hüququ olduğuna dair məlumat yayıb.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərindən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək icazəsi olan əcnəbilər bu reysdən istifadə edə bilərlər. Həmçinin Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xarici vətəndaşlar, ölkəmizin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr də İstanbul-Bakı aviareysi ilə gələ bilərlər.
Bakı-İstanbul reysinə biletləri isə Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilərlər.

Nəqliyyat 2020-07-02 16:50:00