Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Böyük Britaniyada koronavirusa yoluxanların sayının artması ilə əlaqədar karantin rejimi gücləndirilir

London, 30 iyun, AZƏRTAC

Böyük Britaniyada koronavirusa yoluxan xəstələrin sayının artması ilə əlaqədar karantin rejiminin gücləndirilməsinə başlanılıb. Lester bölgəsində xəstəliyə yoluxanların sayı artdığından karantin rejimi sərtləşdirilib.
Səhiyyə katibi Met Hankok həftə ərzində ölkədə COVID-19-a ən çox yoluxmanın və ölüm hallarının bu ərazidə müşahidə edildiyini söyləyib. O, Lester bölgəsində bütün mağazaların bağlanacağını və dərslərin dayandırılacağını açıqlayıb. M.Hankok şəhər sakinlərini ehtiyac olmadığı halda evdən çıxmamağa və səyahət etməməyə çağırıb.
Ölkədə koronavirusa yoluxmalarda artımın müşahidə olunduğu şəhərlərdə karantin rejimi yenidən sərtləşdiriləcək.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2020-06-30 20:48:00