Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Teymur Rəcəbov FIDE-nin iyul ayı üçün reytinq siyahısında doqquzuncudur

Bakı, 30 iyun, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımızdan ilk onluqda Teymur Rəcəbov (2765) yer alıb. Təmsilçimiz 9-cu mövqedədir. Şəhriyar Məmmədyarov isə 11-ci pilləni (2764) tutur.
Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abasov (2664) 74-cü, Rauf Məmmədov (2654) isə 89-cu pillədədirlər.
Siyahıda ilk üçlükdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) qərarlaşıblar.
Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658) başçılıq edir. Hindistan şahmatçısı Humpi Koneru (2586) ikinci, rusiyalı Aleksandra Qoryaçkina (2582) isə üçüncüdür.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 76-cı, Xanım Balacayeva (2376) isə 86-cı pillədə yer alıblar.

İdman 2020-06-30 20:34:00