Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Binəqədi Gənclər evi iyunda 600-dən çox gənci əhatə edən layihə və proqramlar reallaşdırıb

Bakı, 30 iyun, AZƏRTAC

Binəqədi Gənclər evi iyunda sosial izolyasiya tədbirləri çərçivəsində 600-dən çox gənci əhatə edən layihə və proqramları onlayn formatda həyata keçirib.
Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, qurum aktiv fəaliyyət göstərən klub (#BGEKlublar), layihə (#BGELayihələr), “Könüllülük Akademiyası” (#BGEKA) və digər proqramlar çərçivəsində gənclərin vaxtlarının daha səmərəli təşkili üçün təkcə “ZOOM” proqramı vasitəsilə 20-dən çox onlayn tədbir təşkil edib.
Xatırladaq ki, Binəqədi Gənclər evi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən, mart ayından etibarən COVID-19 pandemiyası ilə əlaqədar fəaliyyətini sistemli şəkildə onlayn formatda davam etdirir.

İdman 2020-06-30 20:16:00