Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ankarada Türkiyə-Macarıstan əməkdaşlığı müzakirə edilib

Ankara, 30 iyun, AZƏRTAC

Macarıstanın Xarici İşlər və Ticarət naziri Piter Siyyartonu rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, Ankarada Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və nazir Piter Siyyarto arasında görüş olub.
Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Məlumat verilib ki, görüşdə yeni növ koronavirus (COVID-19) infeksiyası səbəbindən Türkiyə-Macarıstan əlaqələrində yaranan problemlərin aradan qaldırılması yollarına dair səmərəli müzakirələr aparılıb.
Türkiyə-Macarıstan münasibətlərindən məmnun qaldıqlarını ifadə edən nazirlər ikitərəfli əlaqələr, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndiriblər.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-06-30 20:06:00