Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yardımlıda buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya işləri görülüb

Yardımlı, 30 iyun, Bağır Əliyev, AZƏRTAC

İyulun 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Yardımlı rayonunun ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı və Azərbaycan dili fənnindən imtahan keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçiriləcəyi Yardımlı şəhər 1 və 2 nömrəli, Köryədi və Ərus kənd tam orta məktəblərində sanitar qovşaqlar təmir edilib, dezinfeksiya və təmizlik işləri aparılıb, şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün iki metrlik ara məsafəsi nişanları çəkilib.
Qeyd edək ki, koronaviris (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şagirdlər imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidirlər.

Regionlar 2020-06-30 19:49:00