Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Son sutka ərzində Pakistanda koronavirusdan 137 xəstə dünyasını dəyişib

İslamabad, 30 iyun, AZƏRTAC

Son sutka ərzində Pakistanda COVID-19-dan 137 xəstə dünyasını dəyişib və beləliklə, ölənlərin sayı 4304 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, son 24 saatda bu virusa 2825 nəfər yoluxub. Virusa yoluxanların ümumi sayı hazırda 209 min 337-dir. Ölkə xəstəxanalarında 106 min 530 pasiyent var, onların 2689-nun vəziyyəti ağırdır.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad

Dünya 2020-06-30 19:01:00