Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Valensiya”nın rəhbərliyi baş məşqçi Albert Seladesi istefaya göndərib

Bakı, 30 iyun, AZƏRTAC

İspaniyanın “Valensiya” futbol klubu baş məşqçisi Albert Seladeslə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəhbərlik komandanın qeyri-qənaətbəxş çıxışına görə 44 yaşlı çalışdırıcını istefaya göndərib.
Qeyd edək ki, “Valensiya” hazırda 46 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

İdman 2020-06-30 18:53:00