Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yardımlıda 378 hektar sahənin taxılı biçilib

Yardımlı, 30 iyun, Bağır Əliyev, AZƏRTAC

Yardımlı rayonunda taxıl yığımı kampaniyası davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun taxılçılıqla məşğul olan fermerləri və məhsul istehsalçıları bu il 3410 hektar sahədə taxıl əkiblər. Bunun 3186 hektarını buğda, 224 hektarını isə arpa sahəsi təşkil edir. İndiyədək 378 hektar sahənin taxılı biçilib. Bunun 270 hektarı buğda, 108 hektarı isə arpa sahələridir.
Taxıl yığımını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün biçinə 6 ədəd kombayn, maşın və mexanizmlər, canlı qüvvə cəlb olunub.
Bu il rayonun 58 kəndində taxıl bitkiləri əkilib. Hazırda Zevin, Astanlı, Arus və Yolocaq kəndlərində taxıl biçini davam edir.
Qeyd edək ki, bu il Yardımlının taxıl sahələrindən 8 mindən çox məhsulun yığılması nəzərdə tutulub.

Regionlar 2020-06-30 18:50:00