Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Futbol üzrə Afrika Millətlər Kuboku yarışları təxirə salınıb

Bakı, 30 iyun, AZƏRTAC

2021-ci ildə keçirilməsi nəzərdə tutulan futbol üzrə Afrika Millətlər Kuboku yarışları bir il sonraya təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Afrika Futbol Konfederasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Yarış 2022-ci ilin yanvarında Kamerunda keçiriləcək.
Afrika Millətlər Kuboku yarışları gələn il yanvarın 9-dan fevralın 6-dək baş tutmalı idi.
Turnir daha əvvəl 2021-ci ilin iyuluna təyin edilmişdi.

İdman 2020-06-30 18:21:00