×
A
A
A
Sazlamalar

Kanadanın General-Qubernatoru Zati-aliləri xanım Jüli Peyetə

Hörmətli xanım General-Qubernator,

1 İyul – Kanada Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Dostluğa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Kanada münasibətlərinin müxtəlif sahələrdə inkişafı üçün böyük imkanlar vardır. Ölkənizin beynəlxalq təşkilatlar çərçivəsində BMT Nizamnaməsi və Helsinki Yekun Aktını rəhbər tutaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstəyini yüksək qiymətləndiririk.
COVID-19 pandemiyası ilə üzləşdiyimiz bu çətin dövrdə Azərbaycan xalqının dost Kanada xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2020-ci il.

Məktublar 2020-06-30 17:59:00