Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Keşlə” klubu “Sabah”ın yarımmüdafiəçisini transfer edib

Bakı, 30 iyun, AZƏRTAC

Bakının “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.
AZƏRTAC Bakı təmsilçisinin saytına istinadla xəbər verir ki, klub “Sabah”dan ayrılan Cavid İmamverdiyevi heyətinə qatıb.
C.İmamverdiyev karyerası ərzində “Karvan”, “Neftçi” və “Sumqayıt”da çıxış edib. Yarımmüdafiəçi Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub.
Futbolçu Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub.

İdman 2020-06-30 17:55:00