Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Masallının taxıl sahələrində məhsul yığımı başa çatıb

Masallı, 30 iyun, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun taxıl sahələrində məhsul yığımı kampaniyası başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda 9 min 634 hektar sahənin taxılı biçilib. Bunun 6 min 917 hektarı buğda və 2 min 727 hektarı isə arpa sahəsidir.
Rayonun taxıl sahələrindən 22116,4 ton məhsul yığılıb. Bunun 16271,7 tonunu buğda, 5844,7 tonunu isə arpa təşkil edir. Hər hektardan götürülən məhsuldarlıq 23 sentner olub.

Regionlar 2020-06-30 17:52:00