Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Zirə” klubu baş məşqçisi Zaur Həşimov ilə yollarını ayırıb

Bakı, 30 iyun, AZƏRTAC

Bakının “Zirə” futbol klubu baş məşqçisi Zaur Həşimov ilə yollarını ayırıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, klub rəhbərliyi və baş məşqçi Z.Həşimov arasında görüş keçirilib. Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.
Klubun rəhbərliyi Z.Həşimova göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

İdman 2020-06-30 17:50:00